Ukraynada qadın kursantların dikdabanda məşq etdirilməsi parlamentdə tənqid olunub

Ukraynanın veteran qadınları,arxiv foto

Ukraynanın müstəqilliyinin 30 illiyinə həsr olunmuş parad hazırlıqları tədbirlərində qadın kursantların dikdaban ayaqqabılarda məşq etdirilməsi tənqidlərə tuş gəlib.

AzadlıqRadiosunun Ukrayna xidməti xəbər verir ki, bu məsələni Yuxarı Radanın vitse-spikeri Yelena Kondratyuk və başqa deputatlar tənqid ediblər. Tənqidçilər hesab edirlər ki, bu məsələyə görə, ölkənin müdafiə nazirliyi üzr istəməli və daxili araşdırmalara başlanılmalıdır.

Qadın kursantlar məşq edirlər

Məlumatlar görə, Ukrayna silahlı qüvvələrində 31 mindən çox qadın xidmət edir ki, onlardan 4100 nəfəri zabitlərdir. 2014-cü illə müqayisədə indi orduda qadınların orduda daha çoxdur.