Rusiyanın işğalı başlayandan bəri Ukraynada 437 uşaq həlak olub

Ukrayna, Mikolayev, partlayışdan sonra

Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 437 uşaq həlak olub, 837-dən çoxu müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.

Buna da bax: Ərdoğan Ankarada keçirilən ABŞ-Rusiya danışıqlarının uğurlu olduğunu deyir

Məlumatda vurğulanır ki, uşaqlar daha çox ölkənin Donetsk, Xarkov və Kiyev vilayətlərində zərər çəkib.

Həmçinin bildirilir ki, keçən müddət ərzində 2719 təhsil müəssisəsi bombalanmaya məruz qalıb ki, onlardan 332-si tamamilə dağıdılıb.

"Bu rəqəmlər yekun deyil, çünki onların aktiv döyüş əməliyyatları aparılan yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilər istiqamətində işlər davam etdirilir", - Baş Prokurorluğun hesabatda deyilir.

Buna da bax: Ukraynanın enerji sisteminin təxminən yarısı sıradan çıxıb

Noyabrın 13-də BMT-nin açıqladığı məlumatına görə, Rusiyanın işğalı nəticəsində 408-i uşaq olmaqla 6557 mülki şəxs həlak olub. Təşkilat qeyd edir ki, şiddətli döyüşlərin davam etdiyi bəzi yerlərdə ölənlərin sayı xeyli çoxdur və bu məlumatların təsdiqlənməsi lazımdır.