Maltadakı Ukrayna sammitində Türkiyə də iştirak edəcək

Türkiyə növbəti həftə Rusiyanın Ukraynaya hücumu ilə bağlı aparılan danışıqlarda iştirak edəcək.

Bunu dünən, oktyabrın 21-də Türkiyə prezidenti ilə telefon danışığı aparan Ukrayna lideri Volodomir Zelenski açıqlayıb.

Zelenski Türkiyə prezidentinin Malta sammitində iştirak edərək öz siyasi mövqesini ortaya qoyacağını deyib.

Malta 28-29 oktyabr tarixlərində Ukraynada sülh danışıqlarının növbəti raunduna ev sahibliyi edəcək.

Qeyd edək ki, buna bənzər danışıqlar daha əvvəl Səudiyyə Ərəbistanı və Danimarkada keçirilmişdi.

Rusiyanın bu danışıqlarda iştirak edəcəyi gözlənilmir. Ukrayna prezidenti Volodimir Zelenskinin Maltada öz sülh planına dəstək axtaracağı gözlənilir.