Ukrayna Rusiyanın Su-34 bombardmançısını vurduğunu bildirir

Su-34

Ukrayna Hərbi Hava Qüvvələri Zaporojye istiqamətində Rusiyanın Su-34 qırıcı-bombardmançı təyyarəsini vurduğunu bildirir.

Təyyarənin səhər saat 4:00 radələrində vurulduğu açıqlanıb. Ukrayna təyyarənin Zaporojyeyə idarə olunan aviabombalarla hücumlar etdiyini deyir.

Ukrayna həmçinin Rusiyanın işğal etdiyi Krımda iki An-26 təyyarəsinin və radiolokasiya stansiyalarının məhv edildiyini açıqlayıb. Məlumatı Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QRU) yayıb.

"Yarımadaya reyd zamanı Ukrayna hərbi kəşfiyyatının xüsusi təyinatlıları Rusiya işğalçılarının iki An-26 nəqliyyat təyyarəsini yandırıblar. Düşmənin suüstü RLS-i və MР-10М1 "Mıs M1" sahilyanı RLS-i məhv edilib", – qurum bildirib.

Rusiya, hələlik, bu məlumatı şərh etməyib.