Rusiya silahlı qüvvələri Ukraynanın şərqinə zərbələr endirdiyi ərəfədə Kiyev Qərb ölkələrindən silahların daha sürətli çatdırılmasını xahiş edir.
Ukrayna qoşunları “kifayət qədər ağır silahlar, müasir artilleriya olduğu müddətdə hücumu dayandırmaq üçün bacardıqları qədər hər şeyi edirlər – biz tərəfdaşlarımızdan istədiklərimizi yenə istəməkdə davam edirik”, – Ukrayna Prezidenti Volodimir Zelenski gecə videomüraciətində deyib.
Buna da bax: Britaniyanın müdafiə naziri Kiyevə gəlibZelenski "çox çətin döyüşlərin" davam etdiyini, o cümlədən Moskvanın öz atəş gücünü Donbasın şərqində cəmləşdirdiyini deyib.
Syevyerodonetsk şəhəri Rusiyanın Ukraynanın şərqində irəliləyişinin mərkəzinə çevrilmiş kiçik şəhərdir. Hazırda bu ərazidə gedən döyüşlər əsasən artilleriya döyüşləridir. Ukrayna rəsmilərinin dediyinə görə, burada Kiyev ciddi şəkildə problemlərlə üzləşir.
Ukrayna Baş Kəşfiyyat İdarəsi Rusiyanın Donbass cəbhəsində artilleriya sahəsində 10 qat üstünlüyə sahib olduğunu bildirir.
Buna da bax: Rusiyada dinc etiraz hüququ daha da məhdudlaşdırıla bilərRusiyanın Ukraynaya qarşı hərbi təcavüzi fevralın 24-də başlayıb. Moskva qonşu ölkəyə apardığı müharibəni "xüsusi əməliyyat" adlandırır. Bunun əksinə deyənlər isə cəzalandırılır.