Ukraynada 'Qafqaz legionu'nun azərbaycanlı komandiri: 'Rusiya hamımıza düşməndir'
Sizin brauzer HTML5-i dəstəkləmir
Legionda azərbaycanlılarla yanaşı, bir neçə il əvvələ qədər Azərbaycanın müharibə şəraitində olduğu Ermənistandan da könüllülər var. Lakin AzadlıqRadiosunun həmsöhbəti Ukraynada vahid hədəflərinin olduğunu bildirir: "Burada hamı — bütün Cənubi Qafqaz mənfur düşmənə qarşı vuruşur. Ola bilər, kənarda Ermənistanla problemimiz olsun, amma burada belə bir şey yoxdur; çiyin-çiyinə döyüşürük".