İyunun 18-də Ukrayna ordusunun Zaporojye vilayətinin Pyatixatki kəndini işğaldan azad etdiyi bildirilir. Bu barədə məlumatı bölgənin Moskva tərəfindən edilmiş Baş Qərargah rəisi Vladimir Roqov teleqram kanalında yazıb. Bu məlumatı rusiyalı hərbi bloqerlər də paylaşıb.
Hələki yayılan bu məlumata Ukrayna rəsmilərindən şərh verilməyib. Amma Rusiya Müdafiə Nazirliyinin bazar günü yaydığı məlumata görə, Ukrayna ordusunun yaşayış məntəqəsini ələ keçirmək cəhdi dəf edilib.
Buna da bax: Bayden deyir Vaşinqton Ukraynanın NATO-ya qoşulma prosesini sadələşdirməyəcəkMəlumatlarda vurğulanır ki, Pyatixatki kəndinin işğaldan azad edilməsi rəsmi təsdiqini taparsa bu, Ukrayna ordusunun həmin istiqamətdə ilk qələbəsi olacaq.
Bundan başqa, Ukrayna tərəfi Xerson vilayətinin cənubunda, Rusiya tərəfindən işğal olunmuş Geniçesk şəhəri yaxınlığındakı Rıkovo kəndindəki Rusiyanın iri silah-sursat anbarının dağıdılması barədə məlumat yayıb.
Rusiya hələ ki, bu məlumata reaksiya verməyib. Hərbi əməliyyatlar şəraitində döyüşən tərəflərin bəyanatlarını yoxlamaq isə son dərəcə çətindir.
Buna da bax: Jurnalistlər Rusiyanın Ukraynada verdiyi canlı qüvvə itkisinin 20 mindən çoxunu təsdiq edə bilib“The New York Times” ın bir müddət əvvəl Ukrayna hərbçilərinə və Qərb rəsmilərinə istinadən Ukrayna ordusunun hücuma hazırlaşdığı ərəfədə Rusiya qoşunları müdafiəni xeyli gücləndiriblər. Bəzi məlumatlara görə, daha əlaqəli olan Rusiya hərbçiləri daha az riskli taktikalara əl atırlar.
"The Wall Street Journal"-ın yazdığına görə isə Ukrayna hücumu dayandırıb, Rusiya isə tank və döyüş maşınlarının kolonlarına zərbələr endirmək də daxil olmaqla hava üstünlüyünə malikdir.
"Oryxspioenkop"un açıq mənbələrə istinadla yazdığına görə, Ukraynanın hücumu başlanandan bəri Rusiya 32-si tank olmaqla 130, Ukrayna isə 24-ü tank olmaqla 155 texnika itirib.
Rusiya 2022-ci il fevralın 22-də Ukraynaya hücum edib.