Ağ Ev: Melaniya Trampın vasitəçiliyi ilə Oleşkidə atəşkəs əldə olunub

Oleşki şəhəri

Ağ Ev bildirir ki, ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya və Ukrayna arasında Rusiyanın nəzarətində olan Oleşki şəhərində atəşkəs razılaşmasına nail olub.

Atəşkəsin oktyabrın 29-da qüvvəyə minəcəyi açıqlanıb.

Ukraynanın cənubunda yerləşən bu şəhər 2022-ci ilin fevralından Rusiya qüvvələrinin işğalı altındadır. Şəhər sakinləri orada ərzaq böhranının getdikcə dərinləşdiyini bildirirlər.

"Hər iki ölkə humanitar yardımın çatdırılmasına imkan yaratmaq və təhlükəsiz dəhliz vasitəsilə mülki əhalinin təxliyəsinə hazırlıq üçün Oleşkidə bütün hərbi əməliyyatları müvəqqəti dayandırmağa razılaşıb", – Ağ Evin bəyanatında deyilir.

Melaniya Tramp deyib ki, şəhərdən çıxmaq istəyənlərə koordinasiyalı dəstək veriləcək, istədiklərə istiqamətə getmək üçün nəqliyyatla təmin ediləcəklər.

Ukraynanın hakim “Xalqın xidmətçisi” fraksiyasının Ali Radadakı rəhbəri David Araxamiya Telegram-da yazıb ki, yaxın vaxtlarda Oleşki və ətraf ərazilərin blokadadan çıxarılması əməliyyatı başlayacaq.

Oleşkidə 50-si uşaq olmaqla 2 minədək insanın qaldığı bildirilir.

Xerson Vilayəti Hərbi Administrasiyasının iddiasına görə, Rusiya qüvvələri şəhərə humanitar yardımın çatdırılmasına mane olur və sakinləri faktiki şəhərdən çıxmağa qoymur.