'Müharibə bitsin, böyük tikinti başlayacaq' — Ukraynadakı azərbaycanlıların ümidi
Sizin brauzer HTML5-i dəstəkləmir
"Deyirlər ki, buranın müharibəli günləri oranın müharibəsiz günlərindən yaxşıdır". Rusiyanın Ukraynaya qarşı başladığı işğalçı müharibə artıq dörd ildən çoxdur ki, davam edir. Real təhlükələrə baxmayaraq, azərbaycanlıların hələ də işləmək üçün bu bölgəyə üz tutduğu müşahidə olunur.
Uzun illər Ukraynada yaşamış və orada azərbaycanlılar üçün fəaliyyət göstərən məktəbin direktoru olmuş 71 yaşlı Könül Əhmədova müharibə başladıqdan sonra Göyçaya qayıtmalı olub. O, mövcud vəziyyəti belə təsvir edir: "Demək olar ki, qazanc yarıbayarı — 50 faiz azalıb və əvvəlki gəlir yoxdur. Amma dolanışıq çətin olduğundan yenə də çox adam ora axışır. İnanın, burada bir çoxları müharibənin bitməsini gözlədiklərini, ondan sonra böyük tikinti işlərinin başlayacağını deyirlər".