Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən azərbaycanlılardan daha 180 nəfəri Polşa ərazisindən həyata keçirilən çarter reysi ilə Azərbaycana gətirilib.
Xarici İşlər Nazirliyi bu barədə nazirliyi tviterdəki səhifəsində məlumat yayıb.
Nazirliyin yaydığı məlumata sərnişlərdən 6-sının körpə olduğu bildirilir.
Qeyd olunur ki, indiyədək 8 çarter reysi ilə 1475 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.
Rusiyanın Ukraynaya hücümu fevralın 24-də başlayıb. Artıq 11-ci gündür davam edən müharibə nəticəsində Ukraynada xeyli şəhər və yaşayış məskənlərini bombalanıb. BMT-nin məlumatlarına görə, Ukrayanı tərk edən qaçqınları sayı 1,3 milyonu keçib.