Dronları səsindən tutan sistem - Azərbaycan üçün nəyi dəyişə bilər?
Sizin brauzer HTML5-i dəstəkləmir
Şəhərlərin və hərbi bazaların ətrafına yerləşdirilən xüsusi akustik sensorlar vasitəsilə pilotsuz uçuş aparatlarının (PUA) mühərrik səsi uzaq məsafədən müəyyən edilir. Hərbi ekspert Səxavət Məmmədin fikrincə, Ukrayna istehsalı olan bu antidron sistemləri son vaxtlar yüksək effektivlik nümayiş etdirsə də, yüzfaizlik nəticəyə zəmanət vermir. Bununla belə, ekspert Azərbaycanın Xəzər dənizindəki infrastrukturunun və digər strateji obyektlərinin təhlükəsizliyinin qorunmasında bu texnologiyadan yararlana biləcəyini qeyd edib.