Ukrayna ölkənin dəmiryol sistemini Almaniyanın “Deutsche Bahn” şirkətinin idarəçiliyinə verir.
TASS-ın yanvarın 23-də verdiyi məlumata görə, bunu Ukraynanın baş naziri Aleksei Goncaruk (Oleksiy Honcharuk) Davosda səhər yeməyi vaxtı deyib.
Onun sözlərinə görə Ukraynanın dəmiryolları 10 illiyə Alman şirkətinin idarəçiliyinə veriləcək.
Qeyd edək ki, bundan əvvəl Ukraynanın Nikolayevfsk vilayətində Xarkov-Herson sərnişin qatarında yanğın olub.