ABŞ Ukraynaya enerji sistemləri üçün 53 milyon dollar verəcək

Rusiyanın raket və dron zərbələri nəticəsində milyonlarla ukraynalı qaranlqıda və soyuqda qalıb

ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, ukraynalıların bu qışdan salamat çıxması üçün bu avadanlıqlar Kiyevə mümkün qədər tez çatdırılmalıdır

Birləşmiş Ştatlar noyabrın 29-da Ukraynaya enerji sistemləri avadanlığının alınması üçün 53 milyon dollar yardım verəcəyini bəyan edib.

Rusiya hazırda Ukraynanın mülki obyektlərinə, xüsusilə də enerji sistemlərinə ağır raket zərbələri endirir.

Moskva bildirir ki, bundan məqsəd Ukraynanı danışıqlara məcbur etməkdir.

Rusiyanın raket və dron zərbələri nəticəsində milyonlarla ukraynalı qaranlqıda və soyuqda qalıb.

Buna da bax: Putin Qazaxıstan və Özbəkistana ‘qaz ittifaqı’ təklif edir

Qışdan sağ çıxarmaq üçün

ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, ukraynalıların bu qışdan salamat çıxması üçün bu avadanlıqlar Kiyevə mümkün qədər tez çatdırılmalıdır.

Dövlət Departamentinin bəyanatında deyilir ki, bu avadanlığa paylayıcı transformatorlar, şəbəkə ötürücüləri və releləri, habelə başqa cihazlar daxildir.

Rusiya Ukraynanın enerji sistemlərinə oktyabrın əvvəllərindən, demək olar hər həftə raket yağıdırır.

Kiyev və onun müttəfiqləri bu hərəkəti hərbi cinayət adlandırırlar.

Buna da bax: Estoniyalı keçmiş komandir: ‘Bir-iki eskadron F-35 bu müharibəni bitirə bilərdi’

Ukrayna elektrik enerjisinin 70 faizini təchiz edir

Ukraynanın baş naziri Denis Şmıhal noyabrın 29-da deyib ki, Rusiyanın raket zərbələri nəticəsində dağıntılara məruz qalmış enerji sistemi ölkənin elektrikə olan ehtiyacının 70 faizini verir.

Onun sözlərinə görə 30 faizlik kəsir elektrikin növbəli kəsilməsi və qənaət hesabına təmin edilir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Dava-dərman üçün borca düşən şəkər xəstələri...

Bu da xəbər verilir ki, Ukraynanın Kiyevin nəzarətində olan bütün regionlarında elektrik təchizatı var.

Bu mənada yeganə istisna yenicə azad edilmiş Xerson şəhəri və onun ətraf əraziləridir.

Bu ərazilər geri çəkilən Rusiya ordusu tərəfindən minalanıb və bu, energetiklərin işini xeyli çətinləşdirir.