Ukrayna hökuməti və separatçılar əsirləri dəyişirlər

Sizin brauzer HTML5-i dəstəkləmir

Ukrayna hökuməti və Rusiya yönümlü silahlı separatçılar ölkənin şərqində döyüşlərdə ələ keçirilən əsirləri bir-birinə qaytarmağa başlayıblar. Dəyişmə sentyabrın 12-də səhər tezdən Donetsk şəhəri yaxınlığında baş verib. Reuters atəşkəs razılaşmasının şərti kimi 74 əsirin dəyişdirildiyini bildirir.