Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib.
AZƏRTAC-ın xəbərinə görə, müşavirədə prezident deyib ki, ölkənin iqtisadi göstəriciləri çox müsbətdir.
Onun vurğulamasına görə, birinci rübdə ümumi daxili məhsul (ÜDM) 6,8 faiz artıb.
“Qeyri-neft sektorunda isə bu, daha da yüksək rəqəmlərlə ölçülür. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb” - İlham Əliyev.
Ölkə başçısının deməsinə görə, xarici ticarətin balansı da çox müsbətdir. O, əlavə edib ki, müsbət saldo - cəmi üç ayda 5 milyard dollardan çoxdur:
“Yəni, bu, çox böyük rəqəmdir. Mütəxəssislər onu da bilirlər ki, dünyanın əksər ölkələrində saldo mənfidir. Ölkələr daha çox idxal edir, nəinki ixrac edir.”
Buna da bax:
Azərbaycanda qeyri-neft sektorunda ixrac necə artıb?“Neftin və qazın qiymətləri fantastik dərəcədə yüksəlib”
İqtisadçı Nemət Əliyev AzadlıqRadiosuna bildirib ki, Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldonun 5 milyard dollardan çox olması ilə bağlı söylənən fikir doğru ola bilər:
“Çünki dünya bazarlarında neftin və qazın satış qiymətləri fantastik dərəcədə yüksəlib”.
Lakin ekspert hesab edir ki, Ümumi Daxili Məhsulun həcminin 6 faiz üzərində artması ilə bağlı fikir inandırıcı deyil:
“Çünki digər makroiqtisadi göstəriciləri təhlil etsək görərik ki, o dərəcədə artım ortaya çıxmır”.
Buna da bax:
Xaricdən ən çox Lənkəran-Astara bölgəsinə pul göndərilibXatırlatma
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2021-ci ildə isə ölkədə 92857,7 milyon manatlıq ÜDM istehsal edilib.
Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox idi.