Elman Rüstəmov bu il manatın məzənnəsinin dəyişməyəcəyini deyir

E.Rüstəmov

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov yanvarın 28-də keçirdiyi mətbuat konfransında manatın məzənnəsindən də danışıb. Onun vurğulamasına görə, milli valyutanın məzənnəsi bu il stabil olacaq.

2017-ci ildən Azərbaycanın milli valyutası olan manatın məzənnəsi sabit qalıb. Həmin ilin yazından 1 dollar 1 manat 70 qəpiyə bərabərdir.

Elman Rüstəmovdan inflyasiya proqnozu

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov yanvarın 28-də inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb. O deyib ki, bu il Azərbaycanda illik inflyasiyanın hədəf diapozonundan (2-6 faiz) yuxarı – 6.6-7.5 faiz olacağı gözlənilir. Onun sözlərinə görə, gələn il isə illik inflyasiyanın hədəf diapozonunun mərkəzinə qayıdacağını proqnozlaşdırırlar.

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2021-ci ildə ölkədə inflyasiya 6.7 faiz təşkil edib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Mütəxəssislər hökumətə inflyasiya cilovlama resepti təqdim edir

Mərkəzi Bank uçot dərəcəsini yüksəldib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin yüksəldilməsi barədə qərar qəbul edib.

Bu barədə yanvarın 28-də onlayn mətbuat konfransında AMB-nin sədri Elman Rüstəmov danışıb. Onun vurğulamasına görə, uçot dərəcəsi 7.25-dən 7.5 faizə yüksəldilib, faiz dəhlizinin aşağı həddi 6 faizdə saxlanıb, yuxarı həddi isə 8.25-dən 9-a qaldırılıb.

Bu, 2022-ci ildə maliyyə requlyatorunun uçot dərəcəsinin artırılması üzrə birinci qərardır.