Birinci Çeçenistan müharibəsinin dəhşətləri fotolarda

Çeçen döyüşçü Leninin heykəli üzərində oturub. Sovet İttifaqının 1991-ci il süqutundan sonra, Çeçenistan Rusiyadan müstəqilliyini elan etdi.

Rusiya qoşunları Qroznı yaxınlığına toplaşırlar. Çeçenistanın müstəqillik qazanmasının "domino effekti" yaratması və yeni müstəqil olmuş Rusiya Federasiyasının parçalanma qorxusu Moskvanı Çeçenistanı silahlı geri almaq cəhdinə məcbur etdi. Quru qoşunlarının hücumları dekabrın 11-i, 1994-cü ildə başladı.

Çeçen könüllü Qroznıda küçə döyüşləri zamanı vurulmuş Rusiya tankının arxasında qorunur. Şəhərə ilk irəliləyişlər inadlı müqavimətlə üzləşən rus qoşunları üçün fəlakət idi.

Yanvarın 10-da çeçen döyüşçüləri məhv edilmiş Rusiya tanklarının yaxınlığında. Müharibənin birinci mərhələsində bir kalon 120 tank və zirehli döyüş sursatlarından 105-ni itirdi.
Çeçenlər küçə döyüşlərinə qoşulub.
Çeçenlər 1 yanvar 1995-ci ildə Rusiya döyüşçülərinin cəsədlərinə baxış keçirir. Yüzlərlə əsgərin ilkin hücumlarda ölməsindən sonra Rusiya qüvvələri taktika dəyişikliyi edir.
Yerli qadın evindən bayıra, cəsədin yaxınlığına çıxır. Rusiya qüvvələri şəhərin ətrafındakı nöqtələrdən Qroznını bombardman edir. Minlərlə top gülləsi Çeçenistan paytaxtının üzərinə yağır.
Yaşlı qadın Rusiya artilleriya bombaları zamanı evini tərk edir. Bir çox etnik çeçenlər ətraf kəndlərdə qohumlarının yanına sığına bilir. Qroznıda yeni məskunlaşan etnik rusların isə qaçmağa yerləri yoxdur.
Gündəlik bombardmanların altında Qroznıda cəhənnəm mənzərəsi yaranır.
Həftələrlə davam edən bombardmandan sonra çeçen döyüşçüləri Qroznıdan geri çəkilir və dağlara doğru hərəkət edir. Fevralın 6-da çəkilən bu foto Rusiya zirehli qüvvələrinin şəhərə nəzarət etməsini göstərir.
Qroznıda Rus əsgərləri 4 Aprel, 1995-ci ildə Leninin portretinin yanında əyləşir.
Rusiya xüsusi qüvvələri 1996-cı ilin mayında çeçen kəndinə hücuma keçir. Çeçen döyüşçülərin dağlar və kəndlərdə gözdən itməsindən sonra müharibə yeni qəddar mərhələyə daxil olur.
Tank çeçen kəndin yaxınlığında atəş açır.
Partizan müharibəsi uzanır və müxtəlif ölkəlkərdən cihad tərəfdarları çeçenlərin tərəfindən döyüşlərə qatılır.
14 İyun 1995-ci il - dünyanı sarsıdan hadisə. Rusiyanın Budennovsk şəhərində çeçen döyüşçülər doğum evinə hücum edir və 1800 hamilə və yeni ana olmuş qadını, eləcə də həkimləri girov götürür.
Şəxsiyyəti məlum olmayan Rusiya nümayəndəsi Budennovsk xəstəxanasının girişində çeçen döyüşçüsü ilə danışıqlar aparır. Çeçen işğalçıları müharibəyə son verilməsini və birbaşa danışıqları tələb edir. Rusiya prezidenti Boris Yeltsin hadisəni "görülməmiş abırsızlıq və amansızlıq" adlandırıb.
Rusiya qüvvələri girovları azad etmək üçün xəstəxanaya hücum etdi, qarşıdurmada 150 nəfərə yaxın insan həlak oldu, amma onların hücumlarının qarşısı alındı. Rusiya atəşkəsə razılıq verdi.
Qroznıda mülki insanlar. Paytaxt, II Dünya müharibəsindən sonra Avropada viran qoyulmuş, dağıntıları xatırladan şəhərə çevrilmişdir.
30 avqust 1996-cı ildə rus və çeçen nümayəndələri arasında atəşkəs imzalanır.
1997-ci il. Yaşlı kişi Qroznının dağıntıları arasında gəzir. Sülh sazişinin bir hissəsi Çeçenistanın statusunun 2001-ci ildə müəyyən edilməsini nəzərdə tuturdu. Lakin müharibənin dayandırılmasından sonra Çeçenistanın qanunsuzluq və zorakı dövrə girməsi ilə Rusiya ilə imzalanan sülh sazişinin müvəqqəti olduğu ortaya çıxır. Bu şəkil çəkiləndən iki il sonra Çeçenistanı yenidən Rusiyanın nəzarəti altına salan ikinci amansız müharibə başlanır. İkinci çeçen müharibəsinin təşəbbüskarı Rusiyanın gələcək prezidenti Vladimir Putin hesab edilir.