'Sözümə baxmasa, döyəcəm' deyən televiziya hansı mesajı verir?
Sizin brauzer HTML5-i dəstəkləmir
"Gender Media Watch" təşəbbüsünün təsisçisi Mələk Hacıyeva hesab edir ki, televiziya efirində qadına qarşı zorakılığı təşviq edən ifadələrin işlədilməsi fərdi fikir çərçivəsindən kənara çıxır: "Televiziyada qadını döymək barədə fikirlərin səsləndirilməsi birbaşa insanların şüuruna təsir edir. Bu cür zorakı yanaşmalar ictimai şüurda qadına qarşı aqressiyanın legitimləşməsinə xidmət edir".