'Günə 7 sahibsiz it öldürmək' tapşırığı

Aşqabadda qəfəsə salınmış it, iyul, 2022-ci il

Qəzəblənmiş sakinlər idarədən öz heyvanlarını geri tələb etsələr də, onların məhv edildiyini öyrəniblər

Türkmənabadda ittutanlara günə azı yeddi sahibsiz iti öldürmək tapşırığı verilib. Məlumatı AzadlıqRadiosu-nun türkmən xidmətinə yerli sakinlər verib. Hakimiyyət Türkmənistanın ikinci böyük şəhərində heyvanlara qarşı qəddar kampaniyanı davam etdirir.

Şəhər küçələrində xeyli sahibsiz it, pişik var. Ancaq bəzi sakinlər bəzən gündəlik planın yerinə yetirilməsi üçün onların ev heyvanlarının da aparılmasından şikayətlənirlər.

Buna da bax: Britaniyada çiyələk yığmağın min dollaracan 'xərci var'

Bir nəfər supermarketdə bazarlıq edərkən bayırda bağladığı itini açıb aparıblar.

Bu avtoritar Orta Asiya ölkəsi uzun müddət barbar metodlarla küçə heyvanlarını sistematik öldürdüyünə görə tənqid edilib.

250 min əhalisi olan Türkmənabadda kommunal idarələr məhəllələrdə küçə it-pişiklərini yığmaq üçün adamlar cəlb edirlər.

Buna da bax: ‘Koronavirussuz’ Türkmənistanda COVID-19 tədbirləri görülür

Ev heyvanlarını da açıb aparırlar

Ximki rayonunda bir şirkətin küçə heyvanlarının kökünün kəsilməsində uğur qazandığı bildirilir. Məlumatı AzadlıqRadiosunun müxbirləri rəsmilərə və sakinlərə istinadla yayıblar.

Ancaq Ximkidə ələ keçən itlərin bəziləri ev heyvanları imiş.

Qəzəblənmiş sakinlər idarədən öz heyvanlarını geri tələb etsələr də, onların məhv edildiyini öyrəniblər.

Şəhər sakinləri heyvanların qəddar metodlarla tutulması, dəhşətli vəziyyətdə saxlanmasından narazıdırlar.

Bir videoda üç əməkdaşın iki zingildəyən iti çubuqla döydüyü, sonra da zibil maşınına atdığı görünür.

Türkmənabaddan göndərilmiş daha bir videoda çirkli qəfəslərdə heyvan cəsədləri görünür.

Buna da bax: Türkiyədəki türkmənlər Berdımuxammedovu məhkəməyə veriblər

Narazıdırlar, amma...

Sakinlər radioya danışıblar ki, bu təmizləmə əməliyyatından hər kəs gizlində narazıdır, amma açıq danışmağa çəkinirlər. Çünki evləri idarə edən kommunal idarələr onlara hökumət dükanlarından ucuz ərzaq almaq üçün sertifikat verir.

Türkmənistanda azı son beş ildə ərzaq qıtlaşıb, qiymətlər qalxıb. Əhali hökumətin subsidiya ayırdığı ərzaqdan çox asılıdır. Hər bir şəxsin ünvanının, bir ailənin üzvlərinin sayının yer aldığı sertifikatlar hər ay yenilənməlidir.

Nə qədər ironik olsa da, iyulun 25-də qəbul edilmiş yeni qanunda hökumət heyvanlarla qəddar rəftarı qadağan edir.

Bu qanundan öncə AzadlıqRadiosu-nun türkmən xidməti küçə heyvanları ilə qəddar davranışla bağlı məlumatlar yaymışdı. Qanun itlərə xəsarət yetirməyi, onları yeməkdən, sudan, yuxudan, istirahətdən məhrum etməyi yasaqlayır.

Sahibsiz heyvanların “tutulması, yaxud saylarının nizamlanması zamanı onlara gərəksiz əzab yetirmək” də qadağan olunur.

Buna da bax: Berdımuxammedov atının adını prospektə vermək istəyir

“Riyakarlıq”

Fəallar ölkədə baş verənlərlə müqayisədə qanunu “riyakarlıq” adlandırır, hakimiyyətin qanuna bu tezliklə əməl etməyəcəyini deyirlər.

Türkmənistan indiyədək itlərin və pişiklərin zəhərlənməsi, döyülüb öldürülməsi, onların ac-susuz saxlanaraq öldürülməsinə görə tənqidlə üzləşib.

Bələdiyyələr yerli yeniyetmələrə pul verərək onları küçə heyvanlarına zəhərli sosiska, yaxud çörək verməyə təşviq edirlər, bunu isə heyvan hüquqları müdafiəçiləri deyirlər.

AzadlıqRadiosuna danışan şahidlər Aşqabadda bir nəzarətçinin iti və küçüklərini bağçada uşaqların gözü qarşısında çubuqla döydüyünü görüb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Baytar axtarışında: itilə birgə baqajda belə getməli olur

Alabayın şöhrəti

Hakim orqanlar indiyədək heyvanlarla qəddar davranışla bağlı tənqidlərə açıq cavab verməyib.

Alabay qurdbasar it cinsi isə Türkmənistanın milli irs siyahısına salınıb.

Prezident Sərdar Berdımuxammedov, onun sələfi və atası Qurbanqulu Berdımuxammedov itlərlə, atlarla tez-tez şəkil çəkdirirlər.

Keçmiş prezident alabaylara kitab həsr edib, aprelin sonuncu bazar gününü Alabay Günü elan edib.

Aşqabadın mərkəzində Alabaya 6 metr hündürlükdə qızıldan heykəl də qoyulub.