Neft ölkəsi kütləvi ixtisarlar aparmağa məcbur olub

Turkmənistan - Lebap vilayətində dəmiryol stansiyası

Sentyabrın ortalarından Türkmənistanın dəmiryol nəqliyyatında ixtisarlar aparılacaq.

Bu barədə sentyabrın 26-da “Xronika Turkmenistana” saytı məlumat yayıb.

Portalın yazdığına görə, ilin sonunadək regional depolarda texniki heyət və bələdçilər də daxil olmaqla 30 faiz ixtisar gözlənilir.

Artıq bugünədək Aşqabad deposunda çilingər və mühəndis-texniki işçilər də daxil olmaqla 15 faiz ixtisar aparıldığı bildirilir.

Bundan başqa dəmiryol işçilərinə son 3 aydır ki, demək olar ki, bütün digər təşkilat və müəssisələr kimi maaş verilmir.

Neftin qiyməti düşdüyü üçün Türkmənistan hökuməti maliyyə böhranı ilə üzləşib.