Türkiyənin paytaxtı Ankarada raket zavodunda partlayış olub. Yayılan ilkin məlumatlara görə, həlak olanlar və yaralananlar var.
Türkiyə Müdafiə Nazirliyi 5 işçinin həlak olduğunu bildirir, yerli media isə "çoxlu itki" olduğunu xəbər verir.
CNN zavoddakı yanğının qarşısının alındığını bildirir.
Ankara valisi Vasip Şahinə görə, partlayış dinamit istehsalında kimyəvi reaksiya nəticəsində baş vermiş ola bilər. Amma o, bununla yanaşı dəqiq səbəblərlə bağlı rəsmi məlumatın veriləcəyini xatırladıb.