Türkiyədə ‘İstanbul’ kanalının təməli qoyulub

Istanbul, 27 aprel 2021

Şənbə günü Türkiyədə Qara və Mərmərə dənizləri arasında yeni bir nəqliyyat kanalının təməli qoyulub.

Bu, ölkə tarixində ən böyük infrastruktur layihəsidir. Anadolu agentliyi xəbər verir ki, ölkə prezidenti Rəcəb Ərdoğan mərasimdə iştirak edib.

"İstanbul" adı verilən və Bosfor körfəzi üçün ehtiyata çevriləcək kanalın inşasının tamamlanması 2028-ci ilə planlaşdırılır. Layihənin dəyəri təxminən 15 milyard dollardır.

Prezident Ərdoğan uzun müddətdir kanalın inşasının tərəfdarıdır. Təməlqoyma mərasimində çıxış edən Ərdoğan deyib ki, yeni kanal boğazdan yük ötürülməsini yüngülləşdirməklə yanaşı Türkiyənin ən böyük şəhəri olan İstanbul sakinlərinin həyatına xeyli müsbət təsir göstərəcək.

Amma verilən digər məlumatlara görə, İstanbul sakinlərinin çoxu bu kanalın çəkilməsini istəmir, bundan başqa bu kanalın çəkilməsinin ekoloji fəsadlara səbəb ola biləcəyi də vurğulanır.

Çəkilməsi planlaşdırılan kanalın uzunluğu 45 km, eni 240 mertdən çoxdur. Kanalın üzərindən 6 avtomobil körpüsününü çəkiləcəyi də layuihədə təsdiqini tapıb. hansı ki, şənbə günü həmin kürpünün birinin təməli qoyulub. Kanalın qazılmasına il yarımdan sonra başalanacağı bildirilir.

Kanalın inşası ilə əlaqədar ayrı bir məsələ beynəlxalq hüquqla əlaqədardır: İstanbul kanalı, bir çox hüquqşünasın qeyd etdiyi kimi, Qara dəniz ölkələrindən olmayan gəmilərin keçidini tənzimləyən Montre Konvensiyasına tabe olmayacaq.