'Ərdoğan boyun əyməli oldu' - Türkiyədə Azərbaycanı tənqid edənlər polisə çağrılır
Sizin brauzer HTML5-i dəstəkləmir
Türkiyədə Azərbaycan hakimiyyətini və xüsusilə prezident İlham Əliyevi hicab məsələsinə görə tənqid edən ictimai fəallar polisə çağırılaraq ifadələri alınır. Hadisənin Türk Dövlətləri Təşkilatının Ankaradakı sammiti ərəfəsinə təsadüf etməsi diqqət çəkib. Ekspertlər iddia edir ki, rəsmi Ankara Bakı ilə münasibətlərdə böhran yaşanmaması üçün bu addımı atmağa məcbur olub.