Türkiyə Suriya ilə sərhədindəki Akchakale bölgəsinə əlavə qoşun və hərbi texnika toplayır. Oktyabrın 5-də Türkiyə prezidenti Türk qoşunlarının Fərat çayının şərqində hərbi əməliyyata başlamağa hazır olduğunu deyib.
Ərdoğan, Suriya sərhədini ABŞ-ın dəstəklədiyi kürd "özünümüdafiə qüvvələri"- ndən təmizləmək və orada "təhlükəsizlik zonası" yaratmaq istəyir. Ankara hesab edir ki, həmin qüvvələr Türkəyədəki separatçılara kömək edirlər.
Vaşinqton isə "özünü müdafiə qüvvələri"nə "İslam dövləti"nə qarşı mübarizədə müttəfiq kimi yanaşır. Erdoğanın bu bəyanatından dərhal sonra Türkiyə ilə Amerika danışıqlara başlayıb.
Tərəflər Türkiyə-Suriya sərhəddində "təhlükəsizlik zonası" yaratmağı planlaşdırırlar və bu məqsədlə avqustun 7-də Ankara ilə Vaşinqton arasında saziş imzalanıb. ABŞ və Türkiyə bir neçə dəfə birgə patrul həyata keçirsələr də Erdoğan birgə işin nəticə verəcəyinə o qədər də inanmır.
Oktyabrın 1-də Erdoğan Türkiyənin təkbaşına Türkiyə-Suriya sərhəddində silahsız bölgə yaratmaq istəyini bəyan edib.