SOCAR-ın 2 milyarda aldığı 'Petkim' niyə zərərdən çıxmır?

Sizin brauzer HTML5-i dəstəkləmir

Türkiyəli sənayeçilər dövləti "Petkim" neft-kimya zavodunun fəaliyyətinə müdaxilə etməyə çağırırlar. Deyirlər ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Petkim"in əsas hissəsini özəlləşdirəndən sonra istehsal kəskin azalıb, zavodlar bağlanıb, Türkiyə idxaldan asılı duruma düşüb. "55 min ton civarında xammal alırıq, amma bir qramını biz "Petkim"dən təmin edə bilmirik".