Türkiyə Rusiyadan S-400 almasının səbəbini açıqlayır

S-400 (Arxiv)

Türkiyənin baş naziri Binali Yıldırım ölkəsinin Rusiyadan S-400 raketdən müdafiə sistemi almaq qərarını məcburi addım adlandırıb. 

O deyib ki, Türkiyə eyni tipli sistemlərin ABŞ və Avropadan alınmasına cəhd etsə də, bu məsələ müttəfiqlər tərəfindən yubadılıb. 

Türkiyə NATO-nun üzvüdür. Rusiyadan S-400 alınması onun alyansdakı müttəfiqlərini narahat edir. 

Yıldırım deyib ki, raketdən müdafiə sisteminin alınması yubandığı üçün Suriya ərazisindən atılan raketlər son illər Türkiyədə 29 insanın həyatına son qoyub.