Türkiyədə liseydə atışmada azı 16 nəfər yaralanıb

Xüsusi təyinatlılar Türkiyənin cənub-şərqindəki liseydə.

Aprelin 14-də Türkiyənin cənub-şərqində yerləşən texniki peşə liseyinə silahlı hücum zamanı, əksəriyyəti şagirdlər olmaqla, azı 16 nəfər yaralanıb. Xəbəri Türkiyə mediası və beynəlxalq agentliklər yayıb.

Atəşi liseyin keçmiş şagirdinin açdığı bildirilir. Rəsmi qurumların bildirdiyinə görə, polis hadisə yerinə çatdıqdan sonra o, intihar edib.

Hücum edən 18 yaşında olub. Atışma Şanlıurfa əyalətindəki Siverek şəhərində baş verib. Məlumatlara görə, keçmiş şagird əvvəlcə məktəbin həyətində uzunlüləli silahdan atəş açıb, sonra binaya girərək atəşi davam etdirib. Bəzi şagirdlər xilas olmaq üçün pəncərələrdən tullanıblar.

Hücumun motivləri hələlik bəlli deyil. Agentliklər Türkiyədə bu cür silahlı hücumların nadir hallarda baş verdiyini yazır.