İstanbula son 32 ilin ən şiddətli yağışı yağır (Video)

arxiv foto

İyulun 18-də İstanbula yağan şiddətli yağış əksər küçələri su altında qoyub. Yerli mətbuat yazır ki, hazırda davam edən yağış son 32 ilin ən şiddətli yağışıdır.

Günün birinci yarısında İstanbula hər kvadrat metrə 60 kiloqram yağış düşüb.

İstanbul Böyükşəhər Bələdiyyə Başkanı Kadir Topbaş açıqlamasında bildirib ki, günün ikinci yarısı yağış daha da güclənəcək. Fırtınanın olacağı gözlənir.

Yağış İstanbulda avtomobillərin də hərəkətini çətinləşdirib, yollarda tıxaclar yaranıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

İstanbul sel suları altında qalıb