Türkiyə referenduma cəhd edən İraq Kürdüstanı yaxınlığında hərbi təlimə başlayır

Sizin brauzer HTML5-i dəstəkləmir

Türkiyə ordusu sentyabrın 18-də İraqla sərhəddə hərbi təlimlərə başlayıb. Yüzlərlə tank və başqa hərbi texnikanın iştirak etdiyi təlim İraqda Kürdüstan muxtariyyatının müstəqilliyini nəzərdə tutan referendum ərəfəsində keçirilir. Türkiyə gələn həftəyə nəzərdə tutulan referenduma qarşı çıxış edir.