HDP parlamentdə fəaliyyətini dayandırdı

Foto: arxiv

Türkiyədə Xalqların Demokratik Partiyası (HDP) parlamentdə fəaliyyətini dayandırıb.

Türkiyənin Anadolu xəbər agentliyi bildirir ki, partiya noyabrın 6-da bu barədə qərar qəbul edib.

Partiyanın həmsədrləri Selahattin Demirtaş və Figen Yüksekdağ, eləcə də bu partiyadan daha 11 deputat noyabrın 4-də keçən gecə saxlanıblar.

HDPTürkiyə Böyük Millət Məclisində deputatlarının sayına görə üçüncü partiyadır, parlamentdə 59 deputatla təmsil olunur.

HDP Türkiyənin terror təşkilatı kimi tanıdı PKK-ya dəstək verməkdə ittiham edilir.