Atatürkün qurduğu partiya parçalandı: 'Yeni Partiya' müxalifətə, yoxsa Ərdoğana yarayacaq?

Sizin brauzer HTML5-i dəstəkləmir

Türkiyə siyasi səhnəsinə yeni bir partiya qədəm qoyur. Siyasi təhlilçilər yeni partiyanın həm iqtidara, həm də müxalifətə müxalif olacağını bildirirlər. Bununla belə, bəzi ekspertlər Özgür Özəlin "Yeni Partiya" layihəsi ilə siyasi balansı kökündən dəyişə biləcəyinə şübhə ilə yanaşırlar: "Türkiyədə belə bir deyim var: "Ərdoğan öz rəqibini özü müəyyən edir". Hazırda ölkə siyasətində Kamal Kılıçdaroğlunun namizəd olduğu 2023-cü il prezident seçkilərinin ab-havası duyulur. Sanki proses ona doğru gedir ki, Özəl prezidentliyə namizəd olsun. Amma məsələ burasındadır ki, Özəl rəy sorğularında Ərdoğana qalib gələcək reytinqə malik deyil".