Türkiyənin İsraillə gizli ticarəti haqda 'araşdırma': Dərc olunması ilə silinməsi bir oldu
Sizin brauzer HTML5-i dəstəkləmir
Bakı ilə Ankara arasında rəsmi müttəfiqlik vizual olaraq qorunsa da, media və sosial şəbəkə müstəvisində ciddi pərdəarxası gərginlik yaşanır. Türkiyədə Azərbaycanın İsraillə strateji işbirliyi və hicab qadağası iddialarının sərt tənqid olunmasına cavab olaraq, hökumətyönlü APA agentliyi Ankaranın İsraillə "gizli ticarətini" ifşa edən araşdırma dərc edib, lakin materialın çapı ilə silinməsi bir olub. Prezident İlham Əliyevin "Bizə heç kimin himayədarlığı lazım deyil" bəyanatı fonunda regional analitiklər bu durumu iki ölkə arasındakı strateji balansın, dini həssaslıqların və liderlərin şəxsi münasibətlərinin mürəkkəb toqquşması kimi xarakterizə edirlər.