Türkiyədə 3 rusiyalı turist həlak olub, 10-dan çoxu yaralanıb

Türkiyə-Antalyada yol qəzası

Türkiyənin Antaliya əyalətində rusiyalı turistləri aparın avtobusun aşması nəticəsində azı 3 nəfər həlak olub, 10-dan çoxu isə yaralanıb.

Bu barədə Rusiyanın RİA Novosti saytı avqustun 2-də Türkiyənin "Milliyet" qəzetinə istinadla xəbər verir. Məlumata görə, qəza kurort rayonu olan Side-de baş verib.

İnterfax agentliyi yaralılardan 5-nin ağır vəziyyətdə olduqlarını, 2-nin isə reanimasiya şöbəsində olduqlarını xəbər verir.

Rusiyalı turistləri Manavqat şəhərindən Antaliya hava limanına aparan avtobus naməlum səbəbdən yolda beton səddə dəyərək aşıb. Qəza vaxtı Avtobusda 22 turist olub. Onların Samaradan olduqları bildirilir.

Yaralılar yaxınlıqdakı xəstəxanaya götürülüb.