"Fərat" qalxanı hərəkatının 152-ci günündə Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar Suriyada "İslam Dövləti" qruplaşmasının (İŞİD) 165 hədəfini vurub.
5 aydan çoxdurTürkiyə Silahlı Qüvvələri Suriyanın şimalında “Fərat qalxanı” hərəkatını davam etdirir. Türkiyə hərbçiləri hərbi əməliyyatları Azad Suriya Ordusu (ASO) ilə birlikdə keçirir.
Əməliyyatın məqsədi Suriyanın Türkiyə ilə sərhəd regionunu terrorçulardan təmizləmək və qaçqınların geri qayıtması üçün təhlükəsiz zona yaratmaqdır.
İndiyə qədər Suriyadakı hərbi əməliyyatlarda 60-a yaxın Türkiyə hərbçisi həlak olub.