Türklər rus pilotun ailəsinə ev təklif etdilər

Sizin brauzer HTML5-i dəstəkləmir

Rusiya təyyarəsi Türkiyə sərhəddində belə vuruldu

Kəmər şəhərinin hökuməti vurulmuş rus Su-24 təyyarəsinin pilotunun ailəsinə ev verilməsini təklif edib

►Kəmər şəhərinin hökuməti vurulmuş rus Su-24 təyyarəsinin pilotunun ailəsinə ev verilməsini təklif edib

Türkiyə rəsmiləri türk hərbi hava qüvvələrinin Suriya sərhədində vurduğu Su-24 təyyarəsinin pilotu Oleg Peshkovun ailəsinə ev verilməsini təklif edib. Təklif Kemer şəhərinin bələdiyyəsindən gəlib.

Rusiya Federasiyasının Anyalyadakı baş konsulu Alexandr Tolstopyatenko xəbəri təsdiq edib. O bildirib ki, bu yaxınlarda mer Mustafa Gül başda olmaqla şəhər bələdiyyəsinin nümayəndələrini qəbul edib. Təklif də həmin görüş zamanı ifadə olunub. "Ancaq bu məsələ ilə bağlı heç bir qərar qəbul edilməyib," deyə o bildirib.

Pilot Peshkovun dəfni

Bu günlərdə Türkiyə prezidenti Recep Tayyip Erdoğan pilotun ailəsindən üzr istəyib və başsağlığı verib. Rusiyanın Su-24 hərbi təyyarəsi ötən ilin noyabr ayında vurulmuşdu. Heyət katapulta yolu ilə təyyarəni tərk etsə də, pilotlardan birinə, Oleg Peshkova, paraşütlə düşdüyü zaman yerdən atəş açılıb və o həyatını itirib. İkinci pilot isə xilas edilib.

O zaman Türkiyə rəsmiləri bu hücumu təyyarənin Türkiyənin hava məkanına daxil olması ilə izah etmişdilər. Rusiyanın Müdafiə Nazirliyi isə israrla təyyarənin Suriya ərazisində qaldığını deyirdi.

____________________________________________________________

Bunlara da bax:
Britaniyanın ardınca Zeman da referendum istəyir
Əfv gözlənilir

____________________________________________________________

Baş vermiş insidentdən sonra Rusiya və Türkiyə arasındakı münasibətlər nəzərəçarpacaq dərəcədə pisləşdi. İş o yerə çatdı ki, Rusiyanın turoperatorları Türkiyəyə səyahət paketləri satmağı dayandırdılar. Türkiyə ənənəvi olaraq, xüsusən də yay aylarında, rusiyalıların ən çox getdiyi turist məkanı idi. Tətbiq edilmiş sanksiyalar və turist axınının kəskin şəkildə azalması səbəbindən Türkiyə kurortları nəhəng itkilər verdilər.

Bundan başqa ölkədə təhlükəsizliklə bağlı çox ciddi problemlərin ortaya çıxması da Türkiyənin bir turist məkanı kimi populyarlığını ciddi şəkildə azaltdı.

Son nəticədə Erdoğan Kremlə məktub ünvanlayaraq üzr istədiyini bildirdi. Onun mətbuat katibi isə Türkiyənin ölmüş pilotun ailəsinə təzminat ödəmək məsələsinə baxmağa hazır olduğunu bəyan etdi.