Qəzada ölənlərin sayı 4-ə çatıb

arxiv foto

«Hacı Zeynalabdin qəsəbəsindəki qəza ilə bağlı Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında hazırda 4 nəfər müalicə alır».

Bunu xəstəxanadan bildiriblər.

Xəstəxanadan verilən məlumata görə, sentyabrın 30-da günorta və axşam saatlarında yaralılardan iki nəfər vəfat edib: «Yol qəzasında iki nəfər hadisə yerində dünyasını dəyişmişdi. Daha iki nəfər isə - biri günorta, digəri axşam saatlarında Təcili Tibbi Yarım Stansiyasında vəfat edib. Beləliklə, dünyasını dəyişənlərin sayı 4 nəfərdir».

Sentyabrın 30-da Bakıdan Qubaya turistlər aparan avtobus Hacı Zeynalabdin qəsəbəsində «Shacman» markalı yük maşını ilə toqquşub. Hadisə yerində iki nəfərin həlak olduğu, 15 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilirdi.