Məscidin önündə göbək rəqsi oynadı, aləm qarışdı- [Video]

Rezeda Ganiullina

Tatarstanda məscidin önündə göbək rəqsi oynayan qızın klipi qalmaqal yaradıb.

Bulqar şəhərindəki Ağ məscidin (yerlilər üçün çox mötəbər ziyarətgahdır) önündə çəkilən klip Facebook-da birmənalı qarşılanmayıb.

Rezeda Qaniullinanın "Canım" adlanan bu klipinə "Allahın evinə hörmətsizlik", "əxlaqsızlıq", "striptiz" kimi reaksiya verən də olub, "gözəl qızdı" deyib burda pis bir şey görməyənlər də.