Prezident seçilsə, Trump ilk 100 gündə hansı qərarları verəcək?

ABŞ prezidentliyinə namizəd Donald Trump

Respublikaçıların prezidentliyə namizədi Donald Trump seçkilərdə qalib gəldiyi təqdirdə ilk 100 günün planı barədə danışıb.

CNN-in məlumatına görə, Pensilvaniya ştatında çıxış edən Donald Trump vəd verib ki, yaxın 10 ildə orta sinif üçün vergiləri azaldacaq, 25 milyon iş yeni iş yeri yaradacaq.

Trump-ın planında Şimali Amerika azad ticarət zonası razılaşmasına və Trans-Sakit Okean Tərəfdaşlığı-na yenidən baxılması var.

Milyarder namizəd onu da bəyan edib ki, prezidentliyinin ilk yüz günündə zorakılıqda ittiham edilən bütün imiqrantların deportasiyasına başlanacaq. O, cinayət törətmiş şəxsləri geri almaqdan imtina edən ölkələri hədələyib ki, onların vətəndaşlarına viza verilməsini dayandıracaq.

Oktyabrın 19-da ABŞ-da prezidentliyə namizədlər arasında sonuncu teledebat seçilib. Keçirilən sonuncu sorğuların nəticəsinə görə, hazırda Trump Klintondan 7 faiz səslə geri qalır.

Prezident seçkisi noyabrın 8-də keçiriləcək.