Trump: 'İsrailin BMT-dəki məğlubiyyəti sülh danışıqlarını xeyli mürəkkəbləşdirəcək'

Donald Trump, 13 dekabr 2016

“İsrailin BMT-də dünənki böyük məğlubiyyəti sülh barədə danışıqları xeyli mürəkkəbləşdirəcək”.

Bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump BMT Təhlükəsizlik Şurasının İsraillə bağlı qətnaməsini şərh edərkən deyib.

Dekabrın 24-də BMT Təhlükəsizlik Şurası İsraildən qanunsuz yaşayış məskənlərinin inşasına son qoymağı tələb edib.

Bununla bağlı BMT Təhlükəsizlik Şurasında qətnamə qəbul edilib.

Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 14 üzvü səs verib. ABŞ bitərəf qalıb.

Qətnamədə bildirilir ki, İsrail işğal altındakı Fələstin torpaqlarında yaşayış məskənlərinin inşasına son qoymalıdır. Tərəflər dinc əhaliyə qarşızorakılığın qarşısının alınması üçün addımlar atmalı, Fələstinin yekun statusu ilə bağlı danışıqlar başlamalıdır.

İsrailin Baş Nazirliyi bu qətnaməni rədd edib və şərtlərini yerinə yetirməyəcəyini bildirib.

İsrailin BMT-dəki səfiri Danny Dannonsa deyibki, Təhlükəsizlik Şurasın qətnaməsi sülhü zədələyəcək.