Trump ABŞ şirkətlərinə Çini tərk etmək göstərişi verdiyini deyir

ABŞ prezidenti Donald Trump deyib ki, o Çinlə ötən il ərzində dünyanın maliyyə sistemini silkələmiş ticarət mübahisəsi ilə əlaqədar Amerika şirkətlərinə Çini tərk etmək göstərişi verib.

Trump avqustun 23-də Twitter-də yazıb:

"Bizim möhtəşəm Amerika şirkətlərimizə, VƏTƏNƏ qayıtmaq və məhsullarını ABŞ-da buraxmaq da daxil dərhal Çinə alternativ axtarmaq göstərişi verilib”.

Trump hüquqi baxımdan ABŞ şirkətlərindən Çini dərhal tərk etmələrini tələb edə bilməz.

O bu göstərişinin necə icra olunacağını izah etməyib, lakin bildirib ki, avqustun 23-də Çinin ABŞ məhsullarına rüsum qoymasına az sonra cavab verəcək.

Çin ABŞ məhsullarına rüsumların artırılmasına dair qərarı Trump-ın ABŞ-a ixrac olunan Çin məhsullarına rüsumları artırmasından sonra qəbul edib.

Trump habelə avqustun 23-də deyib ki, o FedEx və Amazon da daxil Amerikanın sifarişləri çatdırma xidmətlərinə Çindən opioid ağrıkəsici fentanil preparatının gətirilməsinin dayandırılmasını əmr edib.

Çin Trump-ı iki ölkə arasında ticarət mübahisəsində fentanil çəkişməsindən siyasi silah kimi istifadədə ittiham edib.

Trump bundan əvvəl demişdi ki, ticarət müharibələrində qalib gəlmək asandır.