TRIPP 2027-yə qaldı: Tikintini kim yubadır - Paşinyan, yoxsa Putin?

Sizin brauzer HTML5-i dəstəkləmir

TRIPP yolunun tikintisinə 2026-cı ilin sonunadək başlanacağı gözlənilsə də, xarici işlər naziri Ceyhun Bayramov işlərin 2027-ci ilə qaldığını bildirib. Politoloq Nazim Cəfərsoy gecikməni Ermənistandakı daxili siyasi gərginlik, maliyyə və texniki problemlərlə əlaqələndirir: "Böyük investisiya tələb edən bu layihədə Yerevanın təcrübəsi yoxdur. Ölkə dəmir yollarının idarəçiliyini Rusiyaya versə də, hazırkı geosiyasi vəziyyətdə bu işi Moskvaya etibar etmək istəmir".