Ermənistanda büdcəni belə dağıdırlar- "Transparency"

©Shutterstock-dan, İllüstrativ foto

►Bu qədər dəfnə yarpağı kimə lazımdır?

"Transparency International" antikorrupsiya mərkəzi Ermənistanda ötənilki və builki dövlət satınalmalarını araşdıraraq belə qənaətə gəlib ki, bu ölkədə büdcə vəsaitlərinin israf olunması davam edir.

Ölkə rəhbərliyi bu yaxınlarda inhisarçılıq və korrupsiya halları ilə mübarizəyə başladığını bəyan edib. Baş nazir Ovik Abramyan deyib ki, hökumət dövlət satınalmalarının şəffaflığını təmin etməlidir.

"Transparency International"ın Ermənistan bürosunun direktoru Varujan Oktanyan deyib ki, hökumət danışmaqdansa hər şeydən əvvəl korrupsiya sövdələşmələrinin arxasında gizlənən məmurları tapmalıdır.

"Transparency International"ın əməkdaşı Artak Manukyanın apardığı araşdırma göstərir ki, dövlət satınalmaları demək olar ki, həmişə eyni şirkətlər tərəfindən yerinə yetirilir. Müxtəlif məlumatlara görə, bu şirkətlər hakimiyyətlə sıx əlaqəsi olan şəxslərlə bağlıdır. Artak Manukyan deyib ki, çərçivə müqavilələrinin yarısını beş şirkət bağlayır: "Fleş med", "Telia med", "Natali farm", CPS və Ucom.

Üstəlik dövlət qurumları eyni şirkətdən bir neçə mal alır. Məsələn, eyni şirkət yuyucu tozdan ofis mebelinə qədər hər şey satır.

____________________________________________________________

Bunlara da bax:
"Sənədləri, bir də canımızı götürüb qaçmışıq"- [Fotolar]
Liberman Azərbaycanla münasibətlərdən danışır

____________________________________________________________

Ekspert aşkar edib ki, Milli təhlükəsizlik xidməti bir ay ərzində 17 ton şəkər tozu, 4,5 ton marqarin, 6 ton xörək duzu, 40 kq dəfnə yarpağı satın alıb. Ancaq qurumun bu qədər ərzağı nə üçün aldığı müəmma olaraq qalır. Onun sözlərinə görə, bu siyahını xeyli uzatmaq da olar.

Ölkənin maliyyə nazirliyi isə ötən ilin dekabrında büdcə hesabına hər birinin qiyməti 400 min dram (hazırkı məzənnə ilə 837 dollar) olan 30 planşet alıb. Bundan başqa bu nazirlik 2012-ci ildən bəri hər il ili 78 milyon drama (163240 dollar) binanı icarəyə götürür. Üstəlik bu məkan parlamentin hakim partiyadan olan deputatı Samvel Aleksanyanın arvadına məxsusdur.

"Transparency"nin ekspertləri hesab edirlər ki, baş nazirin şəffaf işləmək barədə çağırışları yalnız vədlərdir.

Buna da bax: Fil balasını belə xilas elədilər

Sizin brauzer HTML5-i dəstəkləmir

Fil balasını belə xilas elədilər

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (30 may)

Hakimiyyət buraxılan “siyasi məhbuslar”ın yerini boş saxlamır

Sizin brauzer HTML5-i dəstəkləmir

Günün əsas hadisələri Azadlıq Radiosunda (30 may)

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (30 may)

335 milyon dollara nə etmək olar?