Paşinyan: 'TRIPP-in tikintisinə hazırlıq işləri' başlayıb

Nikola Paşinyan Arye Laytstoun ilə görüşüb

Noyabrın 23-də ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) tikintisinə bir qədər də yaxınlaşdıqlarını bildiriblər.

ABŞ prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyan ayrı-ayrı videobəyanatlarında layihənin icra mərhələsinə başlanıldığını elan ediblər. TRIPP Azərbaycanın əsas hissəsini Ermənistandan keçməklə Naxçıvan eksklavı ilə birləşdirməyi nəzərdə tutur.

Paşinyan “TRIPP-in tikintisinə hazırlıq işlərinə” başlanıldığını bildirib. Ermənistanın dövlət televiziyası isə planlaşdırılan tranzit dəmir yolunun keçəcəyi ərazinin buldozerlərlə təmizlənməsinin görüntülərini yayımlayıb.

Tramp isə bildirib ki, “bu gün Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun və tamamilə yeni TRIPP İnkişaf Şirkətinin fəaliyyətə başlaması ilə irəliləyişimizi davam etdiririk”.

Sizin brauzer HTML5-i dəstəkləmir

İrandan Ermənistana TRIPP xəbərdarlığı: 'Ayaqlarınızı qıracağıq!'

TRIPP İnkişaf Şirkəti (TDC) hələ formalaşmayıb. Şirkət layihəyə daxil olan dəmir yolu, avtomobil yolu, enerji təchizatı xətləri və digər tranzit infrastrukturu üçün özəl investisiyalar da cəlb etməyib.

Trampın beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun baş müşaviri Arye Laytstoun Yerevana səfər edib. O, Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla danışıqlarının təfərrüatları barədə ictimaiyyətə çox az məlumat verilib.

“AZƏRTAC” xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev TRIPP layihəsinin başlanması münasibətilə ona ünvanladığı xoş sözlərə görə ABŞ prezidenti Donald Trampa təşəkkür edib. Prezident Əliyev bu haqda “X” hesabında paylaşım edib.

Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən artıq münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Həmin sənəddə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığı və qarşılıqlı iddialara son qoyduğu bəyan edilib. Orada habelə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi ilə bağlı da razılıq əldə olunub. TRIPP Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməlidir.