Azərbaycan Trampa görə İrandan idxalı dayandıracaqmı?
Sizin brauzer HTML5-i dəstəkləmir
İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, Azərbaycan İrandan idxalı davam etdirsə və ABŞ-yə ixracı 0-a ensə belə, bu, böyük risk hesab olunmur. O, Azərbaycanın hətta yaranmış vəziyyətdə müəyyən üstünlüklər əldə edə biləcəyi qənaətindədir: "Hindistan, Türkiyə kimi ölkələr İrandan idxalı məhdudlaşdırmaqla bağlı qərar qəbul edəcəklərsə, bu, o, deməkdir ki, İran məhsullarının ixrac bazarları kiçiləcək... Belə olduğu təqdirdə İran məhsullarının qiymətlərində ciddi ucuzlaşma baş verə bilər".