Dünyanın fotomənzərəsi (17-22 noyabr)

Fələstinli gənclər Qüds şəhərinin qədim hissəsində, Al Aqşa məscidi ərazisində mürəkkəb parkur hərəkətlərini məşq edirlər. (AFP/Ahmad Gharabli)

Qüds şəhərində sinaqoqaya hücumdan sonra silahlı İsrail polisi ərazini nəzarətə alır. Bıçaq və balta ilə silahlanmış 2 fələstinli sinaqoqaya girərək yəhudi dindarlara hücum edib. Polis onları olfürənə qədər, fələstinlilər 4 yəhudini qətlə yetirməyə maval tapıblar. (Reuters/Ronen Zvulun)

Pakistanın Jamaat-e-Islami (JI) partiyasının tərəfdarları Lahor şəhərində nümayiş keçirərək partiyadaxili seçkilərdə öz namizədlərinə dəstək verirlər. 21 noyabr 2014 (AFP/Arif Ali)

Cənubi Afrikanın Keyp-Taun şəhəri sahillərində yelkənli lövhə sürən idmançı (epa/Nic Bothma)

Ukraynanin şərqində gündəlik həyat tərzinə çevrilən reallıqlardan bir səhnə. Donetsk şəhərinin zirzəmilərindən birində oturan bu qadın yerin səthində Rusiyameylli yaraqlılarla, Ukrayna silahlı qüvvələri arasında gedən döyüşün başa çatmasını gözləyir (Reuters/Antonio Bronic)

Ukrayna prezidenti Petro Prosohenko Avromaydan hərəkatının ildönümündə Kiyevə səfər edən ABŞ vitse-prezidenti Joe Biden-i (Coe Bayden) sevinclə qəbul edir. (Reuters/Valentyn Ogirenko)

Suriyada İŞİD yaraqlılarının hücumlarından qaçaraq Türkiyənin Suruc şəhəri yaxınlığındakı düşərgədə sığınacaq tapan kürd uşaqları (Reuters/Osman Orsal)

ABŞ-ın şimali-şərq ştatları güclü qar fırtınalarından sonra iflic vəziyyətinə düşüb. Noyabrın 19-da, qısa bir zamanda minlərlə ev 1,5 metr qalınlığında qar örtüyünün altında qalıb. (epa/Mark Webster)

Bu oğlan Pakistanın Peşəvər şəhərindəki ərzaq tullantıları arasında soğan axtarır (epa / Bilawal Arbab)

Avropa Kosmik agentliyinin yaydığı bu şəkil kosmos tarixində 10 ildir səbsriszliklə gözlənilən bir hadisəni əks etdirir. Rosetta kosmik gəmisinin Fila enmə qurğusu bir neçə dəfə 67p/Churymov-Gerasimenko kometinin səthinə düşərək yenidən aralanır. 2004-cü ilin martında kometə qarşı göndərilən Rozetta 2014-cü ilin avqustunda kometə çataraq sentyabr ayında uğurla onun orbitinə çıxdı. Noyabrın 12-də Rozettadan aralanan Fila enmə qurğusu kometin səthinə yönəldi. 7 saatlıq enmədən sonra Fila 2 saat ərzində kometin səthinə enib, sonra sıçrayarq daha 2 nöqtəyə endi. Bu, tarixdə ilk kometə enmə hadisəsi idi. 435 milyon kilometr məsafədəki Filanın hərəkətləri haqda məlumatlar Yer kürəsinə 30 dəqiqəyə gəlib çatır. 

Vaşinqtonda, ABŞ Senatının binasında Çex Respublikasının ilk prezindeti Vatslav Havelin büstünün açılış mərasimi (AFP/Getty Images/Drew Angerer)

Kabilin xalça fabrikində lifləri rəngləyən işçi (epa/Hedayatullah Amid)

Donetsk vilayətinin İlovaysk şəhərində Rusiyameylli döyüşçü Ukrayna ordusundan qənimət qalan zirehli texnika fonunda şəkil çəkdirir. Avqust ayında Donetskdən 40 kilometr aralıda yerləşən bu dəmiryol şəbəkəsi uğrunda döyüşlərdə Ukrayna ordusu ağır məğlubiyyətə uğradı, yüzlərlə hərbi texnika və əsgərini itirdi, 1000-ə yaxın adam isə əsir düşdü. (AFP/Menahem Kahana)

Qüds şəhərindəki Har Nof məhəlləsindəki yəhudilər sinaqoqaya hücum zamanı qətlə yetirilən 4 nəfərin hüzn mərasimində iştirak edilər. Noyabrın 18-də 2 fələstinli sinaqoqaya hücum edərək 4 yəhudini qətlə yetirəndən polis tərəfindən öldürülmüşdülər. (AFP/Gali Tibbon)

Minskdəki pravoslav kilsəsi qarşısında abort əleyhinə kampaniya. Şam yandıran bu qadın, yüzlərlə başqa dindarlar kimi abortun Belarusda qanunla qadağan olunmasını tələb edir. (AFP/Sergei Gapon)

Əfqanıstanda uşaq əməyindən istifadə geniş yayılıb. Balx əyalətindəki pambıq tarlasında işləyən qız. (epa/Sayed Mustafa)

Rusiyameylli bəyanatlarından sonra Çexiya prezindeti Milos Zeman sürətlə əhalinin gözündən düşür. Noyabrın 17-də, Məxməri inqilabın 25-ci ildönümündə Milos Zemana etirazların həddi, onun çıxışının fitə basılması və tribunaya uçan yumurtalara qədər çatdı. Prezidenti yağışdan qorumaq üçün nəzərdə tutuıan çətirlər bu dəfə Zemanı yumurtalardan qorumaqda mühafizçələrin karına gəldi. (AFP/Rene Volfik)

Nəktəbli qızlar Tehranda İran parlamentinin işini elə parlament zalından müşahidə edirlər. (AFP/Atta Kenare)

ABŞ astronavtı Terry Virts (solda), Rusiya kosmonavtı Anton Shkaplerov (ortada) və Avropa Komsik agentliyinin nümayəndəsi, İtaliya astronavtı Samantha Cristoforetti Soyuz TMA-15M ksomik gəmisi qarşısında. Noyabrın 23-də kosmik gəmi onları Beynəlxalq Kosmik stansiyasına çıxarmaq üçün Baykonurdan start götürəcək. (AFP)