Avqustun 24-də Tokio Paralimpiya Oyunlarına start verilir. Bu oyunlarda atletlər əngəllərin onların idman uğuruna mane olmadığını göstərirlər.
Yaponiya İmperatoru Naruhito axşam oyunları rəsmən açıq elan edəcək. Koronavirus qadağalarından dolayı 68 min stadionda yerlərin çoxu boş olacaq.
Builki oyunlara 162 komandadan 4 min 400 atlet qatılacaq. Atletlər 22 idman növü üzrə yarışacaqlar. İlk dəfə olaraq badminton və taekvando da siyahıya salınıb.
Sentyabrın 5-dək davam edəcək oyunlar Tokioda COVID-19-a yoluxmaların artdığı bir dönəmdə keçirilir.
Paralimpiya atletləri də olimpiya oyunlarında olduğu kimi gündəlik test verəcək, məcburi qaydada maska taxacaq, hərəkətlərinə məhdudiyyətlər qoyulacaq. Oyunlar əsasən tamaşaçısız keçiriləcək. Bəzi yarışlara məktəblilərin buraxılacağı gözlənilir.
Beynəlxalq Paralimpiya Komitəsinin sədri Endrü Parsons avqustun 23-də deyib ki, izləyicilərə qadağa qoyulması “düzgün qərar”dır.
“Mənim mesajım odur ki, televizoru işə salın və istədiyiniz qədər Paralimpiya Oyunlarına baxın”, – o deyib.