Vladivostokun möcüzəli körpüləri

Vladivostokun mərkəzində, Qırmızı Buynuz (Zolotoy Roq) körfəzi üzərində salınan körpülərdən ən kiçiyinin tikintisinə 2008-ci ilin iyulunda başlanıb.

Aprel ayında Qırmızı Buynuz körfəzi üzərindəki körpünü tamamlamaq üçün sonuncu hissə quraşdırılıb.

Qırmızı Buynuz körpüsü rəsmən avqustun 11-də açılıb. Amma ilk günlər ondan yalnız piyadaların istifadə etməsinə icazə verilib.

Şərqi Bosfor Boğazı üzərində inşa olunan körpülərdən ən böyüyü isə Vladivostoku Rus Adası ilə birləşdirir. Bu, dünyada ən böyük kanatla asma körpüdür.   

Aprel ayında fəhlələr Rus Adasına birləşən 1104 metrlik körpünün son panelini  əlavə ediblər 

Bu körpü dünyada ən hündür sütunlara və ən uzun dirəklərə malikdir

Rus Adasına aparan bu körpünü San-Fransiskodakı Qızıl Qapı Körpüsünə bənzədirlər.