“China Eastern Airlines” sərnişinlərin və ekipaj üzvlərinin ölümündən dərin kədərini bildirib. Amma neçə nəfərin həlak olduğu açıqlanmayıb.
***
Martın 21-də Çinin cənubunda təyyarə qəzaya uğrayıb. “China Eastern Airlines” şirkətinə məxsus Boeing-737 təyyarəsində 133 sərnişin və ekipaj üzvü olub.
İlkin informasiyaya görə, təyyarə Quansi- Çjuansi muxtar rayonunun Uçjou dairəsində dağa dəyib, yanğın başlayıb. Xilasedicilər hadisə yerindədir.
Təyyarə Kunmindən Quançjouya uçurmuş. “Flightradar24” portalının məlumatına görə, təyyarə havaya qalxandan bir saat sonra radardan itib.
Qəzaya düşən təyyarə 6 ildi istismarda idi, “China Eastern Airlines” onun ilk sahibidir. Bugünkü qəzaya qədər təyyarəylə bağlı ciddi insident qeydə alınmayıb.
İtkilər barədə məlumat yoxdur.