-
«EgyptAir» aviaşirkətinin Qahirəyə uçan təyyarəsi Kiprə qaçırılıb. Yazı yenilənir, ən son xəbər əvvəldədir.
+++
Misir vətəndaşı olan Seif Eldin Mustafa danışıqlardan sonra Kipr hüquq-mühafizə orqanlarına təslim olub.
+++
Misir rəsmiləri Ibrahim Samaha-dan üzr istəyiblər: o, qaçırılan təyyarədə yalnız sərnişin olub. Təyyarəni qaçıran da professordur, o, Qahirə universitetində çalışır. Adı isə Seif Eldin Mustafa-dır.
+++
Misirin MENA dövlət xəbər agentliyi yazır ki, təyyarəni qaçıran Ibrahim Samaha adlı misirlidir. O, İsgəndəriyyə Universitetində tibbi baytarlıq üzrə professordur.
Kipr mediasının məlumatına görə, professor Kiprdə yaşayan keçmiş həyat yoldaşı ilə əlaqə yaratmaq istəyib.
Digər məlumatlarda isə onun misirli olmadığı, Kiprdən sığınacaq istədiyi qeyd olunur.
Kiprin prezidenti Nicos Anastasiades insidentin terrorçuluqla bağlı olmadığını bildirib.
Təyyarəni qaçıran Dr. Ibrahim Samaha ABŞ vətəndaşıdır?
💥 Egypt%27s Burj Al-Arab Airport: Hijacker Dr. Ibrahim Samaha is An American citizen, originally from #Egypt" pic.twitter.com/fJsbc7JvTp
— Hasan Sari (@HasanSari7) 29 марта 2016 г.
+++
Misir radiosunun məlumatına görə, təyyarəni qaçıran Kiprdən sığınacaq istəyib.
Kipr mediası yazır ki, həmin şəxsin həyat yoldaşı Kiprdə yaşayır və təyyarənin qaçırılması arxasında şəxsi motivli səbəblər dura bilər.
+++
«EgyptAir» Twitter-də yazıb ki, qaçırılmış təyyarədə 4 əcnəbi və bilinməyən sayda heyət üzvü qalıb. Digərlərinin çıxmasına icazə verilib.
Misir dövlət mediası təyyarəni qaçıranın Misir vətəndaşı olduğunu bildirir. Onun hansısa tələb irəli sürməsi bəlli deyil.
Qadınların və uşaqların təyyarədən çıxmasına danışıqlardan sonra icazə verilib.
Misir rəsmiləri təyyarədə 81 nəfərin olduğunu bildirib.
#EgyptAir says the release of all passengers has been negotiated except for four %27foreigners%27 and the crew https://t.co/KxLum23wC3
— Sky News (@SkyNews) 29 марта 2016 г.
+++
Təyyarə Larnaki liman şəhərinə enəndən sonra qadın və uşaqların çıxmasına icazə verilib. Onların sayı bilinmir.
+++
«Al Arabiya» televiziyasının məlumatına görə, havaya qalxan kimi təyyarədəki bir nəfər partlayıcı kəməri taxdığını elan edib.
Larnaki aeroportundan ilk video
+++
Misirin İsgəndəriyyə şəhərindən paytaxt Qahirəyə uçan «EgyptAir» təyyarəsi qaçırılıb və Kiprdə enməyə məcbur edilib.
Məlumatlara görə, təyyarədə 55 nəfər var, yeddisi heyət üzvüdür.
Təyyarədə, azı, bir silahlının olduğu güman edilir.
«Airbus 320» təyyarəsi barədə, hələlik, əlavə bilgi yoxdur.