Teymur Rəcəbov Dünya Kubokunun qalibi olub

Azərbaycandan olan qrossmeyster Teymur Rəcəbov Xantı-Mansiyskdə başa çatan şahmat üzrə Dünya Kubokunun qalibi olub.

Oktyabrın 4-də o, Dünya Kubokunun tay-breyk finalında Çindən olan Din Lijeni məğlub edib. Finalın klassik partiyalarının yekunlarına əsasən qalib müəyyənləşməyib.

Rəqiblər tay-breyk çərçivəsində dörd rapid yarışı keçiriblər, ancaq yenə də qalib olmayıb. Bununla əlaqədar kubok uğrunda mübarizə blits-partiyalarda davam edib. Teymur Rəcəbov hər iki partiyada rəqib qrossmeysteri məğlub edib.

Rəcəbov Azərbaycandan Dünya Kubokunun qalibi olan ilk qrossmeysterdir.

Prezident İlham Əliyev də qrossmeysteri təbrik edib.